Bank Of Baku

«AdaNet» İnternet provayderi Dial-up abunəçiləri üçün modem nömrələrinin sayını azaldılıb

«AdaNet» İnternet provayderi Dial-up abunəçiləri üçün modem nömrələrinin sayını azaldılıb
# 27 fevral 2009 14:02 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azerbaijan Data Network» (AdaNet) şirkəti fevralın 26-dan etibarən Dial-up abunəçisinin istifadə etdiyi 436-11-11, 465-11-11 və 424-11-11 modem nömrələrini istifadədən çıxarıb.
«AdaNet» şirkətinin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, İnternetə daxil olmaq üçün zəng etmə nömrəsi BTRİB abunəçiləri üçün 174, «Ultel» şirkətinin abunəçiləri üçün 490-11-11 nömrəsi təyin olunub. Beləliklə, Dial-up istifadəçiləri həmçinin 498-11-11, 440-11-00, 497-43-66, 490-11-11 nömrələrlə İnternetə qoşula bilər.
Qeyd edək ki, nömrələrinin sayının azaldılması təşəbbüsü ilə «Ultel» şirkəti çıxış edib.
«AdaNet»dən verilən məlumata əsasən, zəng etmə nömrələrinin azalmasına baxmayaraq, həcmlər azaldılmayıb və qalan nömrələr üzərində bölüşdürülüb. Bununla yanaşı, şirkət tərəfindən mütəmadi olaraq transmissiya imkanlarının genişlənməsi istiqamətində iş aparılır və hazırda bu istiqamətdə ADSL şəbəkəsinin texniki imkanlarının genişləndirməsi imkanları müzakirə olunur.
Qeyd edək ki, «Azerbaijan Data Network» QSC 1998-ci ilin iyun ayında yaradılıb və İnternet xidmətləri provayderidir. Şirkətin təsisçiləri rolunda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (51%) və Almaniyanın «ALKOM Informations-Tehnologien» şirkəti (49%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR