Bank Of Baku

Azərbaycan məktəblərində informatika üzrə tədris hissə müdirləri təyin olunacaq

Azərbaycan məktəblərində informatika üzrə tədris hissə müdirləri təyin olunacaq
# 28 fevral 2009 08:59 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın orta təhsil məktəblərində informatika üzrə tədris hissə müdirləri təyin olunacaq. «APA-Economics»in məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, artıq məktəblərdə bu istiqamətdə müvafiq işlərə başlanılıb.
Nazirin sözlərinə görə, bu tədbirlər təhsildə İKT-nin inkişafını təmin etmək məqsədi ilə həyata keçirilir və bütün müəllimlərin informatika sahəsində bacarıqlarını artırmalıdır.
Qeyd edək ki, Azərbaycanda 4 mindən artıq məktəb var və bu məktəblərin 70%-də İKT üzrə tədris hissə müdirləri təyin etmək imkanları mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR