Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Ukraynadan göndərilən 4 vaqon humanitar yardımı qəbul edib - FOTOSESSİYA

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Ukraynadan göndərilən 4 vaqon humanitar yardımı qəbul edib - <font color=red>FOTOSESSİYA</font>
# 28 fevral 2009 09:00 (UTC +04:00)
APA-nın məlumatına görə, Ukraynadan göndərilən humanitar yardımın qəbulu ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlama verən FHN-nin Maddi-Texniki Təchizat İdarəsinin rəisi Raqif Muradov 2002-ci ildə iki ölkənin hökumətləri arasında fövqəladə halların aradan qaldırılması, fövqəladə hallar zamanı qarşılıqlı yardım göstərilməsi ilə bağlı sazişin imzalandığını xatırladıb: “Bu gün ilk dəfə olaraq Azərbaycan Ukraynadan yardım alıb. Yarım 2 vaqon böyük şifer, 1 vaqon kiçik şifer və 1 vaqon azbes borulardan ibarədir”.

R. Muradov FHN-nin maddi-texniki bazasının gün-gündən möhkəmləndirildiyini, dünyanın bir çox ölkələri, o cümlədən Ukrayna ilə sıx əlaqələrin yaradıldığını bildirib.

Ukraynanın Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi missiyasının rəhbəri Blaşşuk Miroslaov iki ölkə arasında dostluq əlaqələrinin getdikcə möhkəmləndiyini deyib. Diplomat bu gün Ukraynadan Azərbaycana göndərilən humanitar yardımı da bu dostluq əlaqələrinin nəticəsi kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR