Bank Of Baku

Azərbaycanın telefon şəbəkəsində Mərkəzləşdirilmiş Təmir Bürosu xidmətinin analiz sistemi təkmilləşdirilir

Azərbaycanın telefon şəbəkəsində Mərkəzləşdirilmiş Təmir Bürosu xidmətinin analiz sistemi təkmilləşdirilir
# 28 fevral 2009 09:12 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və Məlumat Hesablama Mərkəzinin (MHM) mütəxəssislərinin birgə layihəsi əsasında «122» - Mərkəzləşdirilmiş Təmir Bürosu xidmətinə daxil olan bütün məlumatların emalını yerinə yetirən yeni avtomatik analiz sistemi istifadəyə verilib.
BTRİB-dən «APA-Economics»ə verilən məlumata əsasən, yeni sistem «122» xidmətinə daxil olan bütün məlumatları avtomatik olaraq gün ərzində və istənilən dövr üçün, eyni zamanda ümumilikdə BTRİB, hər bir Telefon Qovşağı və hər bir ATS üzrə ayrılıqda hər bir nömrə üzrə açıqlamalar da daxil olmaqla emal etmək, nəticələri isə təmir bürolarının nəzarət vərəqələrinin «FT 2123» formasına uyğun olaraq cədvəl şəklində MHM terminallarına vermək imkanına malikdir.
Emalın nəticələrinə «122» xidmətinə daxil olan bütün növ sifarişlərin sayı, sutka ərzində düzələn bütün növ zədələrin sayı, ötən gündən qalan bütün növ zədələrin sayı və növbəti günə qalan, düzəlməyən bütün növ zədələrin sayı haqqında məlumatlar daxildir. Yeni sistem BTRİB şəbəkəsində zədələnmələrin sayı, onların aradan qaldırılması vəziyyəti, istismarın vəziyyəti haqqında operativ məlumatların əldə edilməsi və beləliklə də neqativ halların tez bir zamanda aradan qaldırılması üçün çox əhəmiyyətlidir.
Hazırda İP şəbəkə platforması üzərində qurulmuş yeni sistem bir çox əlavə imkanlara malik olmaqla yanaşı (giriş zəngləri üçün nömrə təyin edicisinə, konfrans rabitə, 2-ci zəngin qəbulu, avtomatik cavablandırma, yönləndirmə, pauza zamanı sifarişçi üçün musiqi səsləndirilməsi və s.), həm də xidmət səviyyəsinə məsafədən nəzarət etmək (virtual və video nəzarət) imkanına malikdir.
Bunla yanaşı, yeni sistemdə əlavə olaraq zədələnmələrin aradan qaldırılmasının nəticələri haqqında abunəçilərə səsli anonsların verilməsi istiqamətində iş aparılır. Bu da abunəçilərin rahatlığını təmin etməklə yanaşı sifarişlərin icra mexanizmində insan amilinin iştirakını minimuma endirəcək.
Qeyd edək ki, «122» - Mərkəzləşdirilmiş Təmir Bürosu xidməti 2004-cü ilin dekabrından etibarən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR