Bank Of Baku

«Aztelekom» CDMA simsiz rabitə xidmətinin şəbəkəsini genişləndirir

«Aztelekom» CDMA simsiz rabitə xidmətinin şəbəkəsini genişləndirir
# 02 mart 2009 07:23 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, hazırda birliyin CDMA simsiz rabitə xidməti şəbəkəsi üzrə abunəçilərin ümumi sayı 14,3 min təşkil edir.
«Aztelekom»un CDMA simsiz rabitə xidməti şəbəkəsinə Bakı və Abşeron, Zaqatala, Şəki, Lənkəran, Masallı, Gəncə, Quba, Xaçmaz, Şamaxı, Şəmkir, Mingəçevir, İmişli, Kürdəmir, Balakən, Qax, Ağdaş, Cəlilabad, Beyləqan, Ağsu, Sabirabad, Ağdam, Füzuli, Yevlax daxildir. Ümumiyyətlə, yaşayış məntəqələrinin telefonlaşdırılması layihəsinə uyğun olaraq «Aztelekom»un CDMA simsiz rabitə xidməti şəbəkəsində bu günə qədər 28 baza stansiyası istismara verilib və quraşdırılmış avadanlıqlar hesabına 82 məntəqə telefonlaşdırılıb.
Qeyd edək ki, CDMA fon maneələrini, paralel kanallararası danışıqları və digər maneələri dəf edərək informasiyanın məxfiliyinin saxlanılmasını və rabitənin keyfiyyətini artırır. CDMA vasitəsilə rəqəmsal idarə olunan kanallardan istifadə olunması zəng edən abonentin təyini, operativ məlumatların və verilənlərin ötürülməsi də daxil olmaqla, istifadəçilərə yeni xidmətlərdən geniş istifadə üçün imkan yaradır. Siqnal spektrinin genişləndirilməsi süni maneələrin qarşısını aldığından, CDMA hərbi rabitə sistemlərində də geniş istifadə edilir.
Xatırladaq ki, «Aztelekom» CDMA simsiz rabitə xidmətini 2005-ci ilin sentyabr ayında istismara verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR