Bank Of Baku

«Tata» şirkəti dünyanın ən ucuz avtomobillərinin kütləvi istehsalına başlayır - FOTO

«Tata» şirkəti dünyanın ən ucuz avtomobillərinin kütləvi istehsalına başlayır - <font color=red>FOTO</font>
# 02 mart 2009 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hindistanın «Tata» avtomobil şirkəti dünyanın ən ucuz avtomobil modelinin kütləvi istehsalına başlayır.
«APA-Economics»in məlumatına görə, bu ilin mart ayının 23-dən etibarən «Tata» şirkəti «Nano» modelinin istehsalına, apreldə isə satışına başlayacaq. «Nano»nun təqdimatı hələ 2008-ci ilin yanvar ayında keçirilsə də, müəyyən problemlərə görə şirkət kütləvi istehsala başlaya bilməmişdir. Lakin bu problemlərin öhdəsindən gələn şirkət artıq kütləvi istehsala başlamaq niyyətindədir.
Yeni model 2 silindrli 0,6 litr həcmində olan (33 at gücü) mühərriklə təchiz olunacaq. İlkin olaraq yalnız Hindistanda satılacaq yeni «Tata Nano» modelinin qiyməti cəmi 2,5 min ABŞ dolları təşkil edəcək. Avtomobilin ucuz olması modelin baza komplektasiyasında sükan və oturacaqlardan başqa heç bir sistemin olmaması ilə də bağlıdır. Belə ki, avtomobilin salonunda ventilyasiya sistemi də olmayacaq.
Qeyd edək ki, «Tata» şirkəti ötən il ərzində Böyük Britaniyanın tanınmış «Ford» və «Land Rover» şirkətlərini alıb. İki şirkətin alınmasına Hindistan şirkəti 2,05 mlrd. dollar sərf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR