Bank Of Baku

«AzEuroTel»ə məxsus yerüstü peyk stansiyasının işi bərpa olunub

«AzEuroTel»ə məxsus yerüstü peyk stansiyasının işi bərpa olunub
# 02 mart 2009 08:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «AzEuroTel» birgə müəssisəsinə (BM) məxsus yerüstü peyk stansiyasının işi və şəhərlərarası və mobil rabitəyə çıxışı bərpa edilib.
«AzEuroTel» BM-nin baş direktorunun müavini Rizvan Səfərovun «APA-Economics»ə verdiyi məlumata əsasən, buna baxmayaraq, şəhərlərarası və mobil rabitə çıxış kanalları hələ də 50% həcmində açıqdır, qalan kanallar isə ötən ilin sentyabr ayından səbəbsiz olaraq bağlanılıb. «Bütün bunlar, «AzEuroTel»in iş imicinə xələl yetirib, müştəri və gəlir itkisinə səbəb olub. «AzEuroTel» BM-nin «Aztelekom» İstehsalat Birliyinə (İB) olan borcunun vaxtında ödənilməməsi isə məhz yaradılan süni «krizisin» nəticəsidir. Birgə müəssisə müştərilərini itirdikdən, ödəmələr vaxtında yığılmayıb və «Aztelekom»un göstərdiyi xidmətlərin haqqı vaxtında köçürülməyib. «AzEuroTel» öz borcunu ödəməkdən boyun qaçırmır və növbəti addımları atmaq üçün martın 4-də keçiriləcək məhkəmə iclasının nəticələrini gözləyir», - deyə R.Səfərov bildirib.
Xatırladaq ki, «Aztelekom» İB «AzEuroTel» BM-nin 2007-2009-cu illər üçün 1 mln. manatdan çox məbləğdə borcunu ödəmədiyi üçün 492/497/437 indeksli telefon stansiyalarının istifadəçilərinə göstərilən rabitə xidmətini dayandırıb. «AzEuroTel» BM-nin 1 saylı Yerli İqtisad Məhkəməsinə təqdim etdiyi cavab iddiası nəticəsində xidmətlərin dayandırılmasına qadağa qoyulub və son məhkəmə qərarına əsasən, «AzEuroTel»in bank hesablarına borc ödənilənədək həbs qoyulub.
Şirkətdən bildirilib ki, buna baxmayaraq, fevralın 27-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndələri məhkəmə qərarına əsaslanaraq növbəti dəfə «AzEuroTel» BM-nə məxsus yerüstü peyk stansiyasının ərazisinə qeyri-qanuni daxil olaraq 30-dan çox bank və digər korporativ müştərilərə xidmət göstərən (SWIFT-ə qoşulma və məlumatların ötürülməsi xidmətləri üzrə) mövcud peyk kanallarını kəsiblər. Bunun nəticəsində, peyk stansiyasının fəaliyyəti dayandırılıb və «AzEuroTel» tərəfindən müştərilərə telekommunikasiya xidmətlərinin göstərilməsi mümkün olmayıb və respublikanın bankları tərəfindən göstərilən beynəlxalq xidmətlərin kəsilməsinə gətirib çıxarıb. Bu da öz növbəsində banklara ciddi ziyan vurub və onların beynəlxalq nüfuzuna xələl yetirib.
«Aztelekom» İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev isə APA-ya açıqlamasında «AzEuroTel»in yaydığı məlumatın həqiqətə uyğun olmadığını söyləyib: «AzEuroTel»in «Aztelekom» üzərindən fəaliyyətdə olan bütün DATA, SWIFT və digər sistemləri normal qaydada fəaliyyət göstərir. Bu sistemlərə «Aztelekom» tərəfindən heç bir müdaxilə olmayıb».
Qeyd edək ki, «AzEuroTel» Azərbaycan-Britaniya Birgə Müəssisəsi 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi (50%) və Böyük Britaniyanın «LUKoil Europe Ltd.» şirkəti (50%) tərəfindən yaradılıb. «AzEuroTel» şirkəti Britaniyanın «GRT Ltd.» şirkətinin «System X» texnologiyası əsasında qurulan müasir rəqəmli 492/497/437 ATS-lərin operatorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR