Bank Of Baku

Sankt-Peterburqda Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə növbəti görüş keçiriləcək

Sankt-Peterburqda Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə növbəti görüş keçiriləcək
# 02 mart 2009 10:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Martın 9-dan 13-dək Sankt-Peterburqda (Rusiya) Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Rusiya, Azərbaycan və İran dəmiryolçularının görüşü gözlənilir. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədovun sözlərinə görə, görüşdə Rusiya-Azərbaycan-İran dəmir yolu bağlantısı üzrə İran tərəfində həyata keçirilən işlərin vəziyyəti, planlar müzakirə olunacaq.
Qeyd edək ki, ötən gün «Qudok» qəzeti İranın layihənin maliyyələşdirilməsində payını azaltmaq niyyətində olduğu barədə məlumat yayıb.
Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.
Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR