Bank Of Baku

Yaponiyada avtomobil satışı 35 illik minimuma enib

Yaponiyada avtomobil satışı 35 illik minimuma enib
# 02 mart 2009 11:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Yaponiyanın bir sıra aparıcı avtomobil istehsalçılarının satış həcmi kəskin azalıb. Bu da, hazırda dünyada müşahidə olunan maliyyə böhranı ilə bağlıdır.
«APA-Economics»in məlumatına görə, ümumiyyətlə fevral ayında Yaponiyada avtomobillərin satış həcmi son 35 il ərzində ən aşağı səviyyəyə düşüb. Belə ki, minik, yük avtomobilləri və avtobusların satışı (mini-karlar istisna olmaqla) fevralda 218 212 ədəd təşkil edib. Yaponiyanın «Toyota» şirkətinin satış həcmi 32%, «Honda» şirkətinin satış həcmi 21%, «Nissan» şirkətinin satış həcmi isə 35% azalıb. Mini-karların ümumi satış həcmi isə fevralda 10% azalaraq 162 370 ədəd təşkil edib.
Analitiklərin fikrincə, bu il ərzində Yaponiya iqtisadiyyatının bərpasını gözləməyə dəyməz. Əksinə, bu ölkədə vəziyyət daha da kəskinləşəcək. Öz növbəsində «Toyota» şirkətinin nümayəndələri aprel ayının 1-dən etibarən istehsal həcmini 12% azaldaraq ildə 6,2 mln. avtomobil buraxacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR