Bank Of Baku

«Bakcell»in şəbəkəsində texniki problemlər yaranıb

«Bakcell»in şəbəkəsində texniki problemlər yaranıb
# 02 mart 2009 15:02 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinin sistemində gözlənilməz texniki nasazlıq yaranıb. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, qısa zaman ərzində qarşısı alına bilməyən texniki problemlərlə bağlı «Bakcell»in Bakı şəhəri üzrə şəbəkəsinin tutumu qismən məhdudlaşıb.
«Texniki problemlər bu gün səhər saat 10:25-də baş verib və dərhal «Bakcell»in texniki şöbəsinin mütəxəssisləri tərəfindən aşkar edilib. Problemi həll etmək üçün onlar tərəfindən təcili tədbirlər görülüb və müştərilər tərəfindən sistemdən istifadə imkanı tədricən bərpa edilib. Artıq saat 11:10-da şəbəkənin işi tam bərpa olunub. Hazırda şəbəkə tam işlək vəziyyətdədir», - deyə «Bakcell»dən bildirilib.
«Bakcell»dən həmçinin qeyd ediblər ki, texniki nasazlığın səbəbi yeni xidmətlərin tətbiqi ilə deyil, ümumi sistemdə yaranan texniki problemlərlə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR