Bank Of Baku

«Ultel» şirkəti abunəçilərə kreditlə ADSL modemləri təklif edir

«Ultel» şirkəti abunəçilərə kreditlə ADSL modemləri təklif edir
# 03 mart 2009 06:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Ultel» şirkəti abunəçilərə ADSL modemlərini kreditlə təklif etməyə başlayıb. Şirkətin təklif etdiyi modemlər «Huawei MT880» (1 port), «ZTE ZXDSL831C» (4 portlu) və «D-Link 2640U» (wireless) modelləridir.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, «Ultel» abunəçilərinin İnternet xidmətinə daha sərfəli və asan şərtlərlə qoşulmaq imkanını yaratmaq məqsədi ilə kreditlə ADSL modem satışı həmçinin korporativ müştərilərə də təqdim edilir. Belə ki, İnternet xidmətlərinə dair müqavilə bağlayan şəxslər modemin dəyərini ayda bir dəfə ödəmək şərti ilə üç tranşla həyata keçirə bilər.
Xatırladaq ki, «Ultel» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkət simli telefoniya, simsiz CDMA xidmətləri ilə yanaşı İnternet xidmətləri göstərir, o cümlədən ADSL, Dial-up, zəmanətli İnternet xidmətlərini təklif edir. Şirkətin təsisçiləri rolunda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (28%) və «Azernet» (72%) şirkəti çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR