Bank Of Baku

Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri Vilnüsdə seminarda iştirak edir

Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri Vilnüsdə seminarda iştirak edir
# 03 mart 2009 07:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) mütəxəssisləri üçün Litvanın paytaxtı Vilnüs şəhərində seminar təşkil edilib. Bu barədə «APA-Economics»ə DƏDRX-in mətbuat xidmətindən məlumat verilib.
Dünya Bankının maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»ni İdarəetmə Qrupu ilə Litva Dövlət Reyestrlər Mərkəzi arasında xidmətlər üzrə bağlanmış müqaviləyə əsasən, seminar martın 9-dək davam edəcək. Seminarda Xidmətin Aparatı, Bakı, Sumqayıt, Gəncə şəhər, Xaçmaz, Sabirabad, Tovuz, Ucar, Qəbələ rayon ərazi idarələrində çalışan mütəxəssislərdən bir qrupu iştirak edir.
Qeyd edək ki, Azərbaycan və Litvanın müvafiq qurumları arasında 2008-ci ilin aprel ayında əməkdaşlıq haqqında memorandum imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR