Bank Of Baku

«Intrans» şirkəti İnternet tariflərini endirib

«Intrans» şirkəti İnternet tariflərini endirib
# 03 mart 2009 07:51 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın ilk İnternet provayderi olan «Intrans» şirkəti ADSL (Asymmetric Digital Subscriber Line) genişzolaqlı İnternet xidmətilərinin tariflərini endirib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, ADSL xidmətinə yeni qoşulma qiyməti 17,70 manat təşkil edir. Bununla yanaşı, 493, 498, 598, 438, 439, 403, 510, 494, 495, 499, 484, 440, 441, 449, 436, 465, 490, 496, 492, 497, 466, 467, 514, 491 indeksli ATS-lər üçün nəzərdə tutulmuş birinci tarif planına uyğun olaraq, limitsiz ADSL xidmətinə aylıq abunə haqqı 256/256 Kbit/s-dən 1024/1536 Kbit/s-dək sürətdən asılı olaraq 51,92-283,2 manat (ƏDV ilə) təşkil edir.
İkinci tarif planı eyni ATS-lər üçün nəzərdə tutulub və bu tarif planına uyğun olaraq, 3 Gb/s sürətli kanalından aylıq istifadə haqqı 20 manat, bu trafiki aşdıqda 256/1024 Kbit/s sürətlə beynəlxalq istiqamətdə giriş və çıxış trafikinin hər 1 MB-dən istifadənin qiyməti müvafiq olaraq 0,02 manat təşkil edir. Ölkədaxili giriş və çıxış trafiki isə 0,01 manat təşkil edir. «Intrans» şəbəkəsi daxilində giriş və çıxış trafikinin hər 10 MB-dən istifadənin qiyməti 0,01 manat səviyyəsində müəyyənləşdirilib.
Üçüncü tarif planı 436 indeksli ATS-in abunəçiləri üçün nəzərdə tutulub və bu tarif planına uyğun olaraq, 3 Gb/s kanalından aylıq istifadə haqqı 20 manat, bu trafiki aşdıqda 256/1024 Kbit/s sürətlə giriş trafikinin hər 1 MB istifadənin qiyməti 0,03 manat (ƏDV-siz), çıxış trafikinin hər 1 MB istifadəsinin qiyməti isə 0,02 manat təşkil edir.
Xatırladaq ki, «Intrans» şirkəti 1991-ci ildə yaradılıb və fəaliyyətinin əsas məqsədləri kommutə və ayrılmış xətlər vasitəsilə təşkilat və fərdi şəxslərə İnternetə çıxışı təqdim etmək, veb-serverləri yerləşdirmək, İnternetdən istifadə etməklə kommersiya və qeyri-kommersiya layihələri hazırlamaq və həyata keçirmək, lokal şəbəkələri quraşdırmaq, sazlamaq və bütöv texniki təminatı təşkil etmək, həmçinin veb-saytlar yaratmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR