Bank Of Baku

Acariya hökuməti Bakı-Batumi sərnişin dəmir yolu reysinin açılmasını təklif edir

Acariya hökuməti Bakı-Batumi sərnişin dəmir yolu reysinin açılmasını təklif edir
# 03 mart 2009 09:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyində Acariya Muxtar Respublikasının hökumət başçısı Levan Varşalomidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Görüşdə son dövrlər Azərbaycanın yol-nəqliyyat strukturunda aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən danışılıb. Nəqliyyat nazirinin müavini Musa Pənahov nəqliyyat sektorunun Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu və bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb.
Acariya Muxtar Respublikasının hökumət nümayəndələri Bakı-Tiflis sərnişin qatarına Batumi istiqamətində hərəkət edə biləcək əlavə vaqonların qoşulması barədə təklif irəli sürüblər. Görüşdə qarşılıqlı əlaqələr, perspektiv layihələrdə əməkdaşlıq məsələlərinə də toxunulub, o cümlədən turizm sektorunda əməkdaşlığın genişləndirilməsi istiqamətində nəqliyyat əlaqələrinin əhəmiyyəti və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR