Bank Of Baku

Azərbaycanın nümayəndə heyəti «CeBIT-2009» beynəlxalq İKT sərgisində iştirak edir

Azərbaycanın nümayəndə heyəti «CeBIT-2009» beynəlxalq İKT sərgisində iştirak edir
# 03 mart 2009 10:25 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın nümayəndə heyəti bu gün Hannoverdə (Almaniya) başlayan «CeBIT-2009» beynəlxalq informasiya texnologiyaları sərgisinə qatılıb. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinə nazirliyin əməkdaşları ilə yanaşı ölkənin İKT sektorunun təmsilçiləri də daxildir. Belə ki, bu il CeBIT sərgisində «Caspel», «Delta Telecom», «R.I.S.K.», «SilverKey Azerbaijan», «Sinam», «Ultra Computers» şirkətləri və «Yumroo» məlumat-axtarış portalının nümayəndələri də iştirak edirlər. RİTN-in hazırladığı xüsusi stenddə (E37) Azərbaycanın son illər İKT sektorunda əldə etdiyi nailiyyətlər təqdim olunacaq.
Sərgi üç əsas hissədən – «Business Processes», «Communications» və «Digital Equipment and Systems» bölmələrindən ibarətdir. Bununla yanaşı, CeBIT-in təqdim etdiyi təkliflərə vacib əlavə şəklində «Banking& Finance» (bank və maliyyə təşkilatları üçün texniki təminat və kompleks həllər), «Card Technology» (geniş spektrdə maqnit və smart-kartlar, onların istehsalı üçün avadanlıq və RFID sistemi), «Future parc» (elmi araşdırmalar), «Public Sector Parc» (dövlət və kommunal sahələrdə elektron idarəetmə sistemləri üçün həllər) və ticarət sahəsinin nümayəndələri üçün «Planet Reseller» mərkəzi təşkil olunacaq.
Qeyd edək ki, 69 ölkədən 4300 şirkətin qatıldığı tədbirin açılış mərasimində Almaniya kansleri Angela Merkel çıxış edəcək. Bu ilki sərginin əsas mövzuları isə İnternet texnologiyaları və cəmiyyətinin sürətli inkişafı nəticəsində meydana gələn texniki və sosial məsələlər, qlobal şəbəkəyə yüksəksürətli genişzolaqlı mobil çıxışın təmin edilməsi, ekoloji cəhətdən zərərsiz informasiya və kompüter, tibb və təhsil sahələrində texnologiyalardır. Sərgi martın 8-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR