Bank Of Baku

«Uninet» şirkəti İnternet tariflərini endirir

«Uninet» şirkəti İnternet tariflərini endirir
# 03 mart 2009 12:23 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Uninet» şirkəti trafik üzrə İnternet tarif planlarında dəyişikliklər həyata keçirib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, mart ayının 5-dən etibarən «Uninet» qabaqcadan ödənilən trafiki artıracaq. Bununla yanaşı, yaxın vaxtlarda «Freedom» kateqoriyalı tarif planlarında ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.
Hazırda isə «NEO» kateqoriyalı tarif planlarında dəyişiklər artıq tətbiq edilib. Belə ki, «NEO» kateqoriyalı tarif planlarında sürətlər və limitlər artırılıb. Bundan başqa, bu kateqoriyada yeni «Extra NEO» tarif planı tətbiq edilib. Şirkət yeni tarif planını 1 Mbit/s sürətlə İnternetə qoşulma imkanı ilə 31 manata təklif edir.
Xatırladaq ki, «Uninet» şirkəti 2003-cü ildən fəaliyyət göstərir və şirkət və təşkilatlara tam spektrli İnternet xidmətləri, o cümlədən kommutə edilən və ayrılmış xətlər vasitəsi ilə İnternetə qoşulma, elektron poçt, hostinq, saytların hazırlanması, elektron kommersiya və İnternetdə reklam xidmətləri təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR