Bank Of Baku

Azərbaycan Dövlət Dəmir Yolu Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək

Azərbaycan Dövlət Dəmir Yolu Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək
# 03 mart 2009 12:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) Novruz bayramı ərəfəsində ölkədaxili sərnişin qatarlarında gediş-gəlişin çoxalması ilə əlaqədar gücləndirilmiş iş rejimi ilə işləyəcək. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
ADDY-nin Sərnişin Daşıma İstehsalat Birliyi sərnişin sıxlığını nəzərə alaraq, qatarlara əlavə vaqonlar qoşmasını nəzərdə tutur. Əlavə vaqonların sayı sərnişin axını ilə tənzimlənəcək və yerli istiqamətdə hərəkət edən bütün sərnişin qatarlarına qoşulacaq.
Gücləndirilmiş iş rejimi mart ayının 18-dən 29-na kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR