Bank Of Baku

Azərbaycanda yeni beynəlxalq dəniz limanının inşası layihəsi üzrə iclas keçirilib

Azərbaycanda yeni beynəlxalq dəniz limanının inşası layihəsi üzrə iclas keçirilib
# 03 mart 2009 13:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyində «Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi Layihəsi» çərçivəsində toplantı keçirilib. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.
İclasda limanın layihələndirilməsini həyata keçirən Niderlandın «Royal Haskoning Group» şirkətinin Bakıda səfərdə olan nümayəndələri və Azərbaycanın aidiyyəti dövlət qurumlarının mütəxəssisləri iştirak ediblər.
Toplantıda əsasən layihələndirmə işlərinə dair məsələlər, həmçinin yeni liman kompleksinin tikintisi ilə bağlı tərəflər arasında fikir mübadiləsi aparılıb. Şirkətə layihələndirmə işlərinin həyata keçirilməsi zamanı Azərbaycan mütəxəssisləri ilə sıx əməkdaşlıq etməsi tövsiyə olunub.
Qeyd edək ki, Ələt qəsəbəsi yaxınlığında dəniz limanının tikintisi üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2011-ci ilə qədər, ikinci mərhələ 2011-2013-cü, üçüncü mərhələ isə 2013-2015-ci illəri əhatə edəcək. Limanda 11 yanalma körpüsü inşa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR