Bank Of Baku

«İrşad Telecom» şirkəti yeni Bahar Kredit Kampaniyasına başlayıb

«İrşad Telecom» şirkəti yeni Bahar Kredit Kampaniyasına başlayıb
# 03 mart 2009 13:55 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «İrşad Telecom» şirkəti mart ayının 1-dən iyunun 1-dək «Aldığın telefonun dəyərini geri al» şuarı altında yeni Bahar Kredit Kampaniyasına start verib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, 300-1000 manat məbləğdə kreditlə bir və ya bir neçə telefon alan müştərilərə telefonun dəyərinin bir hissəsi geri qaytarılacaq.
Kredit kampaniyası çərçivəsində bütün telefon alan müştərilərə telefonun dəyərinin 10%-i məbləğində endirim təqdim olunur. Hər 40-cı alıcıya telefonun dəyərinin 40%-i, 70-ci alıcıya 70%-i, 100-cü alıcıya 100%-i kredit tam və vaxtında ödənildikdən sonra geri qaytarılır. Bundan başqa, hər 10-cu müştəriyə 1 telefon hədiyyə verilir. Kredit 3-18 ay müddətinə verilir.
Qeyd edək ki, şirkət «Nokia», «SonyEricsson», «Samsung», «Siemens», «Motorola» şirkətlərinin rəsmi dileridir.
Xatırladaq ki, 2000-ci ildə fəaliyyətə başlayan «İ&R Telecom» 2003-cü ildən mağazalarının sayını artırmağa başlayaraq regionlarda və paytaxtda satış şəbəkəsini genişləndirib. Şirkət 2007-ci ildə brendini dəyişib və 2006-cı ildən «Azercell» şirkətinin eksklüziv dileri kimi fəaliyyət göstərir.
«İrşad Telecom» telefonların və danışıq konturlarının topdan satışı, zəmanətli təmirini həyata keçirir. Hazırda şirkətin 6 əsas və 17 diler mağazası var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR