Bank Of Baku

«Azercell» şirkəti «Uğur» milli mükafatına layiq görülüb

«Azercell» şirkəti «Uğur» milli mükafatına layiq görülüb
# 03 mart 2009 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti «Azərbaycanın beynəlxalq aləmdə təbliğinə» görə iqtisadiyyat və biznes sahəsində «Uğur» milli mükafatına layiq görülüb.
«Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, təqdimetmə mərasimində çıxış edən «Azercell Telecom» MMC-nin prezidenti Ali Ağan bildirib ki, əvvəllər də «Azercell» müxtəlif sahədəki nailiyyətlərinə görə «Uğur» alıb: «Bu dəfə ölkəmizi beynəlxalq aləmdə təbliğ etdiyimizə görə mükafata layiq görülmüşük. Bu da bizi xüsusilə fərəhləndirir. Bu mükafatı ötən ilin oktyabrında təşkil etdiyimiz toplantıya - dünya GSM texnologiyası liderlərinin Bakı konfransında, həmçinin bu layihə çərçivəsində Azərbaycanın PR-na görə alırıq».
Qeyd edək ki, «Uğur» mükafatına eyni zamanda «Akkord» Şirkətlər Qrupu, «Qaradağ Sement» və qeyri-neft sektorunda fəaliyyət göstərən digər şirkətlər layiq görülüb.
Xatırladaq ki, 2000-ci ildə təsis edilən «Uğur» mükafatı iş adamlarına, dövlət və ictimai xadimlərə onların milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafında olan xidmətlərinə, yeni iş yerlərinin yaradılmasına görə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR