Bank Of Baku

«SuperOnline» şirkəti yeni güzəşt kampaniyasına başlayıb

«SuperOnline» şirkəti yeni güzəşt kampaniyasına başlayıb
# 04 mart 2009 09:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «SuperOnline» İnternet provayderi «İkiqat Sürət!» promo-kampaniyasının icrasına başlayıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, mayın 31-dək davam edəcək kampaniya çərçivəsində İnternetə qoşulma xidmətlərini iki və ya bir neçə ay əvvəlcədən ödəyən hər bir abunəçinin SuperADSL sürəti 2 dəfə artırılacaq.
Bununla yanaşı, şirkət «Hər yeni abunəçiyə 1 ay pulsuz İnternet» kampaniyasını davam etdirir və bu kampaniya da ikiqat sürətlə keçirilir.
Beləliklə, ilkin qoşulmada 3 ay ərzində 512 Kbit/s sürətlə SuperADSL yüksəksürətli İnternet kanala qoşulma 54 manata təqdim edilir, 1 Mbit/s SuperADSL kanalına qoşulma tarifi isə 76 manatdır.
Qeyd edək ki, «İkiqat Sürət!» aksiyası İnternet-klub, ev şəbəkəsi və s. xidmətləri təqdim edən fiziki və hüquqi şəxslərə, daha ucuz tarif planlarına keçən abunəçilərə aid deyil.
Xatırladaq ki, 2007-ci ildən etibarən fəaliyyət göstərən «SuperOnline» şirkətinin strategiyası kütləvi genişzolaqlı İnternet xidmətlərinin inkişafına istiqamətlənib. Bununla yanaşı, şirkət korporativ müştərilərə yüksəksürətli İnternetə qoşulma imkanı və Dial-up xidmətləri təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR