Bank Of Baku

Azərbaycanda bina və qurğuların mühəndis-axtarış işlərinin aparılmasına lisenziyanın alınması üçün tələblərə əlavələr edilib

Azərbaycanda bina və qurğuların mühəndis-axtarış işlərinin aparılmasına lisenziyanın alınması üçün tələblərə əlavələr edilib
# 04 mart 2009 09:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq, xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə» qərarına əlavə və dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Əlavə və dəyişikliklərə əsasən, dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işlərinin aparılmasına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlərə lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə 3 mütəxəssisin müvafiq ixtisasa və ən azı 5 illik iş təcrübəsinə malik olmaları haqqında sənədin surəti, lazım olan çöl-tədqiqat avadanlıqlarının, ölçü vasitələrinin və cihazlarının standartlara uyğunluğunu və yararlılığını təsdiq edən sənədlərin surəti, laboratoriyaların akkreditasiyadan keçməsi haqqında şəhadətnamə, ərizəçinin müvafiq işləri aparmaq üçün qanuni istifadəsində olan obyektin maddi-texniki bazası barədə arayış, görülən işlərin keyfiyyətinə nəzarət sisteminə malik olması barədə arayışlar daxil edilib.
Qərara əsasən, dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikinti-quraşdırma işlərinin aparılmasına lisenziya verilməsi üçün 1 ərizəçinin ştatında olan 5 mütəxəssisin müvafiq ixtisas üzrə ən azı 3 illik iş stajına malik olmaları haqqında sənədlərin surəti, maddi-texniki bazaya, o cümlədən binalara və ya qeyri-yaşayış sahələrinə, tikinti avadanlıqlarına, nəqliyyat, texnoloji və təhlükəsizlik təminatı vasitələrinə, mexaniki və əl alətlərinə, daşınan enerji qurğularına, nəzarət-ölçü cihazlarına malik olması və görülən işlərin keyfiyyətinə nəzarət sisteminə malik olması barədə arayış, ölçü vasitələrinin və cihazlarının standartlara uyğunluğunu və yararlılığını təsdiq edən sənədlərin surəti, lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növlərinin mülki məsuliyyətinin sığortalanmasını təsdiq edən sənədin (sığorta şəhadətnaməsinin) surəti tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR