Bank Of Baku

«AzQtel» şirkəti simsiz İnternet xidmətləri üzrə yeni vahid tarif planı tətbiq edib

«AzQtel» şirkəti simsiz İnternet xidmətləri üzrə yeni vahid tarif planı tətbiq edib
# 04 mart 2009 10:07 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «AzQtel» şirkəti simsiz İnternet xidmətləri üçün yeni vahid tarif planını tətbiq edib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, limitsiz tarif planına uyğun olaraq, 256 Kbit/s sürətlə İnternetə qoşulma tarifi 59 manat, 512 Kbit/s – 109 manat, 1024 Kbit/s – 189 manat təşkil edir.
Xatırladaq ki, «AzQtel» şirkətinin əsas fəaliyyəti Azərbaycanda WiMAX texnologiyasının istifadəsi ilə simsiz İnternetin tətbiqindən ibarətdir. Şirkət yüksək sürətli İnternet xidmətləri, Şəxsi Virtual Şəbəkə (VPN), idarə olunan şəbəkə əməliyyatları (Managed Network Operations) xidmətlərini təklif edir. Yaxın gələcəkdə şirkət İP telefoniya xidmətinin tətbiqinə başlamaq niyyətindədir.
Qeyd edək ki, «AzQtel» MMC 2005-ci ildə Böyük Britaniyanın «Qtel Global Networks» və Azərbaycanın «TransKaspian Telekom» şirkətləri tərəfindən təsis olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR