Bank Of Baku

«Nexus» şirkəti endirim kampaniyası keçirir

«Nexus» şirkəti endirim kampaniyası keçirir
# 04 mart 2009 13:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Nexus» şirkəti noutbuk tabletləri üzrə endirim kampaniyası elan edib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, kampaniya Tablet i5750WL, Tablet i5750BL modelləri üzrə keçirilir. Aksiya çərçivəsində hər noutbuk tableti alan müştəriyə 10%-lik endirim təklif olunur. Hazırda noutbukların qiyməti 1200 manat təşkil edir.
Noutbuku kreditlə aldıqda ilkin ödəniş 20% olmaqla, satış qiyməti 1284 manat təşkil edir. Kredit 18 ay müddətinə verilir.
Noutbuklar Windows Vista Business/Ultimate proqramının ingilis və rus versiyaları ilə, həmçinin əlavə «maus»la təchiz edilib. Şirkət noutbuklara 2 il zəmanət verir.
Qeyd edək ki, şirkət 2003-cü ildən «NEXUS» ticarət nişanı altında noutbukların istehsalına başlayıb. Hazırda «NEXUS» noutbuklarının model sırası 20 modelə çatdırılıb. Hələ 2004-cü ilin sonundan bütün «NEXUS» noutbukları simsiz şəbəkələrdə iş üçün quraşdırılmış avadanlıqla təchiz edilir. Bununla yanaşı, şirkət 8 çeşiddə fərdi kompüter və 4 model server, LCD monitor, LCD televizorlar istehsal edir.
Şirkətin baş ofisi və istehsal-konstruktor mərkəzləri Azərbaycanda yerləşir. «Nexus» şirkətinin Mərkəzi Asiya və Qazaxıstanda nümayəndəlikləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR