Bank Of Baku

«SkyBell» şirkətinin əksər müştəriləri «AzEuroTel»in xidmətlərinə qoşulub

«SkyBell» şirkətinin əksər müştəriləri «AzEuroTel»in xidmətlərinə qoşulub
# 05 mart 2009 08:10 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «AB SkyBell» İKT şirkətinin fəaliyyətini dayandırması ilə bağlı müştəriləri «AzEuroTel» Birgə Müəssisəsinin xidmətlərinə qoşulub.
«APA-Economics»ə verilən məlumata əsasən, «SkyBell»in korporativ və fərdi müştəri bazasının 70%-i «AzEuroTel» BM ilə müqavilə bağlayıb.
Xatırladaq ki, «AB SkyBell» kommunikasiya şirkəti fevralın 1-dən etibarən İnternet xidmətlərinin bazarının gəlirsizliyi və maliyyə böhranı nəticəsində fəaliyyətini dayandırıb.
«AB SkyBell» şirkətinin servislərindən biri olan «SkyNet» kommutasiya edilmiş telefon xətti ilə (dial-up) bağlantı imkanını verən İnternet-xidmətinin dayandırılması ilə əlaqədar istifadə müddəti bitməmiş «SkyNet» kartlarının son istifadə müddəti bu ilin fevralın sonuna kimi müəyyən edilmişdir.
Şirkətin fəaliyyətinin dayandırması ilə bağlı Vergilər Nazirliyinin şirkətə qarşı iddiası və ya tələbləri olan kreditorlar bu ilin mayın 5-dək «Bank Standard»ın baş ofisinə müraciət edə bilər.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «AB SkyBell» şirkəti 2004-cü ildə təsis edilib və fəaliyyətinin əsas istiqaməti müasir texnologiyalar əsasında rabitə xidmətlərinin göstərilməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR