Bank Of Baku

Bakı Metropoliteni tender keçirir

Bakı Metropoliteni tender keçirir
# 05 mart 2009 09:59 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bakı Metropoliteni dispetçer mərkəzində avadanlığın dəyişdirilməsi ilə bağlı tender elan edib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, tenderin predmeti metropolitenin «CKÜ-67» avadanlığının dəyişdirilməsindən ibarətdir.
Tenderdə iştirak haqqı 300 manat təşkil edir. Tender sənədləri bu ilin aprel ayının 16-dək, tender təklifləri isə aprelin 24-dək təqdim edilməlidir. Tender prosedurası aprelin 28-də keçiriləcək. Əlaqə telefonu: (+994 12) 490-02-00.
Qeyd edək ki, Bakı Metropoliteni 1967-ci ilin noyabr ayında istismara verilib və hazırda 21 stansiyadan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR