Bank Of Baku

Azərbaycanda 72 müəssisənin radioelektron vasitələrinə texniki baxış keçirilib

Azərbaycanda 72 müəssisənin radioelektron vasitələrinə texniki baxış keçirilib
# 05 mart 2009 10:17 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin radioelektron vasitələrinin istismarına nəzarət şöbəsinin 2009-cu ilin təsdiqlənmiş planına uyğun olaraq, 72 idarə və təşkilatda istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, o cümlədən həmin təşkilatlarda möhürlənmiş avadanlıqlara yenidən baxış keçirilərək möhürlənmə işləri aparılıb.
DRİ-dən «APA-Economics»ə verilən məlumata əsasən, müəssisə və təşkilatlarda istismar olunan REV-lərə keçirilən texniki baxış zamanı DRİ-də qeydiyyatdan keçməyən müxtəlif tipli 423 elektron vasitə aşkarlanıb.
Bununla yanaşı, DRİ-nin mütəxəssisləri tərəfindən Gəncə bölgəsi üzrə regional radiomonitorinq şəbəkəsinin qurulması üçün şəbəkənin tərkib hissəsi olan efirə radionəzarət məntəqəsinin yerinin seçilməsi məqsədilə ərazidə BTİ-nin tövsiyələrinə uyğun olaraq radiomonitorinq işləri aparılıb və əraziyə vizual baxış keçirilib. Görülən işlər nəticəsində radiomonitorinq məntəqəsi üçün yer seçilib və müvafiq tədbirlərin görülməsi üçün təkliflər hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR