Bank Of Baku

Gəncədən Rusiyaya yeni aviareys açılır

Gəncədən Rusiyaya yeni aviareys açılır
# 05 mart 2009 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Uralskiye avialinii» aviaşirkəti Sankt Peterburq-Gəncə marşrutu ilə sərnişin aviareyslərini həyata keçirməyə başlayır.
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Sankt Peterburq-Gəncə-Sankt Peterburq aviareysi hər həftənin I günləri yerinə yetiriləcək. «Airbus 320» avialayneri ilə yerinə yetiriləcək aviareys Gəncədən Sankt-Peterburqa saat 15:00-da uçacaq. Uçuş təxminən 3-3,5 saat davam edəcək, biletin qiyməti isə 160 avro təşkil edəcək (bir tərəfə). İlk reys martın 9-da yerinə yetiriləcək.
Qeyd edək ki, hazırda Gəncədən Moskva (Rusiya) və İstanbul (Türkiyə) şəhərlərinə uçuşlar yerinə yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR