Bank Of Baku

ABŞ-ın avtomobil bazarında satış həcmi fevralda 40% azalıb

ABŞ-ın avtomobil bazarında satış həcmi fevralda 40% azalıb
# 05 mart 2009 11:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında ABŞ-ın avtomobil bazarında satış həcmi ötən ilin müvafiq ayı ilə müqayisədə 40% azalıb.
«APA-Economics»in məlumatına görə, ötən ay «Chrysler»in satış həcmi 44%, «Ford»un 48,4%, «General Motors»un isə 52,9% azalıb. Bundan başqa, Amerika avtomobil bazarında öz yerini tutmuş Yaponiya avtomobil şirkətlərinin də satışı zəifləyib. Belə ki, «Toyota»nın satış həcmi 39,8%, «Honda»nın 38%, «Nissan»ın 37%, «Acura»nın 41,5%, «Suzuki»nin isə 60,3% azalıb. Orta hesabla Yaponiya avtomobil istehsalçılarının satış həcmi 30% düşüb. Buna baxmayaraq, «Toyota» hələ də hər ay 100 min avtomobil realizə edə bilir.
Bununla yanaşı, Amerika avtomobil bazarında ağır yol şəraiti üçün nəzərdə tutulmuş avtomobillərin satışı da azalıb. Belə ki, avtomobil həvəskarları daha çox qənaətli xırda maşınlara üstünlük verir. Məsələn, «Hyundai» və «Kia» avtomobillərinin satış həcmi müvafiq olaraq 1,5% və 0,4% artıb. Cənubi Koreyanın bu şirkətləri ABŞ-da hər ay təxminən 30 min avtomobil satır. Bununla yanaşı, Yaponiyanın «Subaru» şirkətinin satış həcmində də artım qeydə alınıb. Bu şirkət fevral ayında təkcə 5,978 min ədəd «Subaru Forester» modeli realizə edib ki, artım 7% səviyyəsində müşahidə olunub.
Qeyd edək ki, «BMW», «Audi» və «Mercedes-Benz» kimi avtomobillər ABŞ-ın avtomobil bazarında stabil mövqeyini hələ qoruyub saxlaya bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR