Bank Of Baku

«AvtoVAZ» yenidən fəaliyyətini dayandırıb

«AvtoVAZ» yenidən fəaliyyətini dayandırıb
# 06 mart 2009 08:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «AvtoVAZ» zavodu yenidən istehsalı dayandırıb. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq ötən ilin dekabrın 29-dan bu ilin fevralın 2-dək zavod «tətil» elan etmişdir. Lakin sonradan fəaliyyət bərpa olunub və hazırkı dayanmanı da zavod nümayəndələri müvəqqəti adlandırır. Bu dəfə də zavodun tərəfdaşları ödəmələrdən razı olmadığına görə, ehtiyat hissələrinin «AvtoVAZ»a göndərilməsini dayandırıb. Analoji səbəbdən ilin əvvəlində «AvtoVAZ» fəaliyyətini dayandırmışdır. Belə ki, «AvtoVAZ» öhdəliklərinin 30%-ni pul, 70%-ni isə veksellər şəklində ödəyirdi.
Bundan başqa, «AvtoVAZ» müəssisəsi «İj-Avto» zavodunun alınmasından da imtina edib. Buna səbəb həm «AvtoVAZ»ın maliyyə vəsaitlərinin olmaması, həm də şirkətin 25% səhminə malik olan «Renault-Nissan» konserninin ideyadan imtinası olub.
Bununla paralel, «AvtoVAZ» 3,2 min işçisini ixtisar etmək niyyətindədir. Hazırda zavodun 12,5 min işçisi məcburi məzuniyyətdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR