Bank Of Baku

Azərbaycanda Logistika Mərkəzi yaradılacaq

Azərbaycanda Logistika Mərkəzi yaradılacaq
# 06 mart 2009 09:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda yaxın illərdə Logistika Mərkəzi yaradıla bilər. Bu barədə «APA-Economics»ə TRACECA-nın Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
A.Mustafayevin sözlərinə görə, TRACECA Hökumətlərarası Komissiyasının logistika mərkəzlərinin yaradılması ilə bağlı layihəsinin Azərbaycanda da icrasına başlanılıb. İki il davam edəcək bu texniki layihə çərçivəsində logistika mərkəzlərinin yaradılması ilə bağlı beynəlxalq təcrübə öyrəniləcək, həmçinin müvafiq hüquqi sənədləşmə işləri həyata keçiriləcək. Layihə başa çatdıqdan sonra mərkəzin yaradılması istiqamətində işlərə başlanacaq.
«Logistika Mərkəzinin yaradılması üçün böyük investisiyalar lazımdır. Bu gün Azərbaycanda belə bir mərkəzin yaradılmasına investisiya yatırmaq istəyən qurumlar var», - deyə A.Mustafayev vurğulayıb.
Layihənin icraçısı olan Almaniyanın «Dornier» şirkətinin ekspertləri araşdırmalar aparmaq üçün apreldə Azərbaycana gələcək. Layihə çərçivəsində Qərbi Avropa ölkələrinin təcrübəsi öyrəniləcək və təkliflər hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR