Bank Of Baku

Rusiyada «Ford Mondeo» avtomobillərinin istehsalına başlanılıb

Rusiyada «Ford Mondeo» avtomobillərinin istehsalına başlanılıb
# 06 mart 2009 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın «Ford» avtomobil şirkəti Sankt-Peterburqdakı (Rusiya) müəssisəsində «Ford Mondeo» modelinin istehsalına başlayıb.
«APA-Economics»in məlumatına görə, bu modelin istehsalının başlanmasına hələ 2008-ci ilin IV rübündə planlaşdırılırdı. Lakin hazırda dünyada müşahidə olunan maliyyə böhranına görə, istehsalın başlanması 2009-cu ilin mart ayına keçirilib. Yeni «Ford Mondeo»nun Sankt-Peterburqda istehsal olunan ilk partiyası dilerlərə göndərilib. Model satışa martın son dekadasından gec olmayaraq çıxarılacaq.
Qeyd edək ki, Sankt-Peterburqda yerləşən «Ford» zavodunda 2000-ci ildən etibarən «Ford Focus» modeli istehsal olunurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR