Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda tədris potensialının gücləndirilməsi layihəsinə başlanılıb

Azərbaycanın nəqliyyat sektorunda tədris potensialının gücləndirilməsi layihəsinə başlanılıb
# 06 mart 2009 10:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. TRACECA Hökumətlərarası Komissiyası «Nəqliyyat sektorunda tədris potensialının gücləndirilməsi Layihəsi»nin icrasına başlayıb. Bu barədə «APA-Economics»ə TRACECA Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
Layihə Azərbaycan da daxil olmaqla TRACECA-ya üzv dövlətlərdə həyata keçiriləcək. Nəqliyyat sektoru üçün kadr hazırlayan təhsil müəssisələri ilə birlikdə icra olunacaq layihəyə Azərbaycanda ilk olaraq Dövlət Texniki Universiteti cəlb olunub. İki il davam edəcək layihənin növbəti mərhələlərində bura Aviasiya Akademiyası və Dəniz Akademiyasının da cəlb olunması planlaşdırılır.
Layihə çərçivəsində nəqliyyat mütəxəssislərinin hazırlığının, təhsil sisteminin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Layihənin icraçısı Almaniyanın «Wagner Herst» şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR