Bank Of Baku

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi: «Azərbaycanda ADSL ilə İnternetə qoşulma tarifləri region dövlətləri ilə eynidir»

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi: «Azərbaycanda ADSL ilə İnternetə qoşulma tarifləri region dövlətləri ilə eynidir»
# 06 mart 2009 12:45 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda İnternet xidmətlərinin orta qiymətləri region dövlətlərində tətbiq edilən orta qiymətlərlə müqayisədə eynidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) «APA-Economics»ə verilən məlumata əsasən, bu fikir Nazirliyin əməkdaşları tərəfindən regionda ADSL texnologiyası ilə İnternetə qoşulma tarifləri üzrə aparılmış araşdırma nəticəsində formalaşıb.
Monitorinqlər nazirliyin kollegiyası tərəfindən qəbul olunmuş qərar əsasında keçirilib. RİTN kollegiyasının sonuncu iclasında nazirlik tərəfindən İnternet xidmətləri sektorunun vaxtaşırı monitorinqinin keçirilməsi və bazarda həmin seqment üzrə vəziyyətin ictimaiyyətə çatdırılmasına dair qərar qəbul olunub. İlk monitorinq zamanı müəyyən olunub ki, Azərbaycanda ADSL texnologiyası vasitəsilə təqdim olunan İnternet xidmətlərinin orta qiymətləri region dövlətlərində tətbiq edilən orta qiymətlərlə eynidir.
Azərbaycanda ADSL texnologiyasına qoşulmaqla saniyədə 1 Mb-dək sürətlə limitsiz İnternet xidmətlərinə görə aylıq ödəniş 60-165 manat təşkil edir. RİTN İnternet xidmətlərinin monitorinqini mütəmadi keçirəcək və nəticələrini ictimaiyyətə təqdim edəcək.
Bununla yanaşı qeyd etmək lazımdır ki, «Multimedia» qeyri-hökumət təşkilatının keçirdiyi monitorinqin nəticələrinə görə isə təkcə Rusiya, Gürcüstan, Türkiyədə bu qiymətlər ən azı 2-6 dəfə yüksəkdir, dünya üzrə isə minimal təklif olunan sürət 5-6 Mbit/s-dir və bu xidmətlərin orta tarifləri 25-30 manat təşkil edir.
Qeyd edək ki, rabitə və informasiya texnologiyaları nazirinin proqnozlarına əsasən, bu ilin sonuna kimi Azərbaycanda İnternet xidmətləri region üzrə ən aşağı tariflərlə göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR