Bank Of Baku

«Imair» aviaşirkəti Bakı-Astana marşrutu ilə aviareysləri bərpa edir

«Imair» aviaşirkəti Bakı-Astana marşrutu ilə aviareysləri bərpa edir
# 06 mart 2009 13:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Imair» aviaşirkəti Bakı-Astana (Qazaxıstan) marşrutu ilə sərnişin aviareyslərini bərpa edir.
«Imair»dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin mart ayının 18-dən etibarən Bakı-Astana-Bakı marşrutu ilə uçuşlar bərpa olunacaq: «Bakıdan Astanaya uçacaq «Tu-154» təyyarəsi hər həftənin III günləri saat 09:40-da hava qalxacaq».
Şirkətdən həmçinin bildirilib ki, Bakı-Astana aviareysi tələbatın olmaması ilə bağlı dayandırılmışdır: «Lakin hazırda bu aviareysə tələbat artıb və martın 18-dən etibarən Bakı-Astana-Bakı marşrutu ilə reyslər mütəmadi olaraq həyata keçiriləcək. Bu marşruta biletin satış qiyməti 306 manat (Bakı-Astana) və 515 manat (Bakı-Astana-Bakı) təşkil edəcək».
Xatırladaq ki, Azərbaycanın ilk özəl aviaşirkəti olan «Imair» «Improtex Group» holdinqinə daxildir. Hazırda şirkətin Surqut (Rusiya) və Daşkənddə (Özbəkistan) nümayəndəlikləri, Almatıda (Qazaxıstan) isə filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR