Bank Of Baku

Martın 15-dən sonra Bakı-Tiflis-Qars layihəsi üzrə Gürcüstan ərazisində tikinti işlərinə yenidən start veriləcək

Martın 15-dən sonra Bakı-Tiflis-Qars layihəsi üzrə Gürcüstan ərazisində tikinti işlərinə yenidən start veriləcək
# 07 mart 2009 09:25 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Dövlət Dəmir Yolundan (ADDY) məlumat verilib. ADDY-dən bildirilib ki, hava şəraitinin sərt keçməsi ilə əlaqədar Gürcüstan ərazisində tikinti işləri cari ilin yanvar ayından dayandırılıb. Bu müddətdə əsasən layihələndirmə və kiçik həcmli işlər aparılıb. Ukraynanın «Kiyevhiprotrans» layihə institutu BTQ layihəsinin tərkib hissəsi olan Marabda-Tetriskaro yolunun (29,2 km) yenidən qurulması üzrə İşçi Layihəni və Axalkələk stansiyasının yenidən qurulması layihəsini hazırlayıb. Hər iki layihə tərəflər arasında razılaşdırılıb.

Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.

Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR