Bank Of Baku

Bakı Metropoliteninin işarəvermə sistemi sıradan çıxıb, qatarların hərəkətində uzun fasilə yaranıb

Bakı Metropoliteninin işarəvermə sistemi sıradan çıxıb, qatarların hərəkətində uzun fasilə yaranıb
# 10 mart 2009 07:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, nəticədə «Həzi Aslanov- Memar Əcəmi» və «Həzi Aslanov-İçərişəhər» xətləri üzrə hərəkət edən qatarlar stansiyalara gec daxil olduğundan, vaqonlara minik və düşmələr zamanı sərnişin sıxlığı yaranıb.
«APA-Economics»in hadisə yerində olan əməkdaşlarının məlumatına görə, «Həzi Aslanov-İçərişəhər» xətti üzrə hərəkət edən qatarda sıxlıq nəticəsində bir qadın huşunu itirdiyindən, «Nərimanov» stansiyasında qatardan düşürülüb. Qatarların ən azı 30-35 dəqiqə gecikməsi müşahidə olunub.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə «APA-Economics»ə açıqlamasında bildirib ki, qatarların tuneldə ləngiməsi metropolitenin siqnal-işarəvermə sisteminin işləməməsi ilə bağlı olub. Saat 10:05-də problem aradan qaldırılıb və qatarların əvvəlki qaydada 4 dəqiqə intervalla işləməsi bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR