Bank Of Baku

«Akkord» yeni mənzil sahibləri arasında keçirdiyi «Şok Qış Kampaniyası»nı yekunlaşdırıb

«Akkord» yeni mənzil sahibləri arasında keçirdiyi «Şok Qış Kampaniyası»nı yekunlaşdırıb
# 10 mart 2009 07:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Akkord» Şirkətlər Qrupu «Şok Qış Kampaniyası»nı yekunlaşdırıb. Bu barədə «APA-Economics»ə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, «Akkord»un 2008-ci ilin dekabrında başlayan və bu il fevralın 28-də başa çatan «Şok Qış Kampaniyası» çərçivəsində mənzil alıcılarına hədiyyələr təklif edilib. Bu sıraya «Akkord»dan 1 ildən 25 ilədək kredit paketi ilə mənzil alan hər kəsə məişət əşyalarından – televizor, paltaryuyan maşın və soyuducudan ibarət hədiyyələr, nağd ödənişlə 3 otaqlı mənzil alanlara hədiyyə kimi əlavə olaraq 2 otaqlı mənzil, 2 otaqlı mənzil alanlara 1 otaqlı mənzil, 1 otaqlı mənzilin pulunu nağd ödəyənlərə isə 1 otaqlı mənzil əvəzinə 2 otaqlı mənzilin verilməsi daxil olub. Tədbirdə 54 mənzil sahibi arasında «Honda Accord» avtomobilinin uduşu keçirilib. Oyunda «Honda Accord» avtomobili Salyan rayonu Şorsulu kənd sakini, «Sumqayıt Elektrikşəbəkə» ASC-nin işçisi Mayis Mustafayevə nəsib olub. O, kampaniya çərçivəsində «Akkord»dan kreditlə 1 otaqlı mənzil alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR