Bank Of Baku

«Azercell» şirkəti yeni uduş kampaniyası keçirir

«Azercell» şirkəti yeni uduş kampaniyası keçirir
# 10 mart 2009 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti abonentlər üçün yeni «SMS Şans» lotereya kampaniyasına start verib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni kampaniya hər mesaj göndərən abonentə müxtəlif məbləğdə pul hədiyyələri və tanınmış türk müğənnilərinin konsertlərinə bilet qazanmaq imkanı verir. Kampaniya iştirakçısı olmaq üçün «Azercell» abonentləri bir-birinə mesaj göndərməlidir. Mesajların sayı çox olduqca, lotereyanın qalibi olmaq şansı da yüksəlir. Həftə boyunca göndərilən istənilən mesaj 30 manat, 300 manat və 3 000 AZN qazandıracaq. Qısa nömrələrə göndərilən mesajlar kampaniyada iştirak etmir.
Bu il mayın 22-dək davam edəcək kampaniya boyunca 10 tiraj keçiriləcək. Tirajlar 3 tipli olacaq. Kampaniya çərçivəsində keçirilən ilk 8 tirajda birinci yer tutmuş hər nömrənin abonenti 3 000 manat, ikinci yer tutmuş hər nömrənin abonenti 300 manat, üçüncü yer tutmuş hər nömrənin abonenti isə 30 manat qazanacaq. Bundan başqa, kampaniya çərçivəsində keçiriləcək 5 tirajda xüsusi uduşlar da nəzərdə tutulub. Belə ki, bu uduşun qalibləri məşhur türk müğənniləri Sibel Can, Sərdar Ortac, Ajda Pekkan, Hadisə və Fərhad Göçerin konsertinə 2 bilet əldə edəcəklər. Lotereyada tirajlar xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Həmin proqramın köməyi ilə qalib nömrələr təsadüfi seçim prinsipi əsasında müəyyən edilir.
Qeyd edək ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin 3,5 mln. abonenti mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR