Bank Of Baku

Bu il avtomobil istehsalı 18% azalacaq

Bu il avtomobil istehsalı 18% azalacaq
# 10 mart 2009 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində dünyada minik avtomobillərinin istehsalında 2008-ci illə müqayisədə 18% azalma proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu proqnozlarla Cənubi Koreyanın «CSM Worldwide Inc.» konsaltinq şirkəti çıxış edib.
Şirkətin proqnozlarına əsasən, bu il ərzində təxminən 53 mln. ədəd minik avtomobili istehsal olunacaq, bu da 2001-ci ildən sonra ən aşağı göstəricidir. Ötən il ərzində isə dünyada 65 mln. minik avtomobili istehsal olunub.
Ekspertlərin fikrincə, 2009-cu il avtomobil sənayesi üçün ağır illərdən biri olacaq, 2010-cu ildə isə avtomobillərin satış həcmi bir qədər sabitləşəcək. Avtomobillərin ötən ilki satış həcminə çıxmaq üçün təxminən 4 il lazım olacaq, 2015-ci ildə isə minik avtomobillərinin illik satış həcmi 80 mln-a çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR