Bank Of Baku

Azərbaycan paytaxtında su təchizatı sisteminin yenidən qurulması ilə bağlı tender keçirilir

Azərbaycan paytaxtında su təchizatı sisteminin yenidən qurulması ilə bağlı tender keçirilir
# 11 mart 2009 07:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərsu» SC Bakı şəhərinin su təchizatı sisteminin tikintisi məqsədi ilə 2009-cu ildə tikinti-quraşdırma işlərinin görülməsi üçün açıq tender keçirir. Bu barədə «APA-Economics»ə «Azərsu» SC-dən məlumat verilib.
Tender 5 lot üzrə keçirilir. Birinci lot Badamdar qəsəbəsində «Badamdar» su anbarı kompleksinin tikintisi, ikinci lot «Qərb» su anbarının yenidən qurulması, üçüncü lot «Alatava» su anbarının yenidən qurulması, dördüncü lot «Şimal» su anbarında 1-6-cı mikrorayonlar üçün dairəvi su xətti, beşinci lot isə «Şərq» su anbarından Bakıxanov və Qaraçuxur qəsəbələrinə su xəttinin çəkilişi işlərini nəzərdə tutur. Yenidənqurma və tikinti işləri 2009-cu ilin sonunadək yerinə yetirilməlidir.
Tenderdə iştirak haqqı hər bir lot üzrə 300 manatdır.
Tenderdə iştirakla bağlı sənədlərin qəbulu aprelin 29-dək aparılacaq. İddiaçıların təklif zərfləri isə aprelin 30-da açılacaq.
Əlaqə telefonları: (+994 12) 431 47-68 (daxili 216 və ya 365).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR