Bank Of Baku

Qazaxıstanla Azərbaycan arasında yeni aviareys açılır

Qazaxıstanla Azərbaycan arasında yeni aviareys açılır
# 11 mart 2009 08:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Qazaxıstanın «Air Astana» aviaşirkəti martın 29-dan etibarən Almatı-Bakı-Almatı marşrutu ilə uçuşlar yerinə yetirəcək. Bu barədə «APA-Economics» Qazaxıstan şirkətinin veb-saytına istinadən məlumat verib.
Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bakıdan Almatıya və əks istiqamətdə uçuşların müddəti 3 saat 45 dəqiqədir. Uçuşlar «Airbus A320» təyyarəsi ilə həyata keçiriləcək.
Şirkət həmçinin Bakıdan uçan sərnişinlərə Seul, Pekin, Banqkok və Dehliyə reyslər təklif edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR