Bank Of Baku

Bakıda «HP BlodeSystem və HP İntegrity server platformaları» mövzusunda seminar keçirilib

Bakıda «HP BlodeSystem və HP İntegrity server platformaları» mövzusunda  seminar keçirilib
# 11 mart 2009 08:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «Hewlett Packard» (HP) şirkəti tərəfindən «HP BlodeSystem və HP İntegrity server platformaları» mövzusunda seminar keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbir iştirakçılarına HP şirkətinin server həlləri, blode serverləri və HP İntegrity platformalarının yeni təkmilləşdirilmiş formaları haqqında ətraflı məlumat verilib.
HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyovun sözlərinə görə, şirkətin müştərlər üçün keçirdiyi bu cür seminarlar hər il təşkil olunur və seminarda dövlət təşkilatları, qeyri-neft və bank sektorunun nümayəndələri təmsil olunur.
Tədbirdə həmçinin R.Hacıəlibəyov HP şirkətinin server texnologiyaları üzrə yeniləşmiş məhsullarını da təqdim edib: «Bizim server məhsulları demək olar ki, hər ay inkişaf edərək yeni funksiyalarla əvəzlənir. Bu baxımdan, texnologiyanın yeni funksiyalarını müştərilərimizə çatdırılması üçün bu cür seminarların keçirilməsinə ehtiyac yaranır».
Qeyd edək ki, tədbirdə 30-dan çox təşkilatın İT şöbələrinin mütəxəssisləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR