Bank Of Baku

Azərbaycan mütəxəssisləri ABŞ-da «Əmlak fırıldaqçılığının qarşısının alınması tədbirləri» mövzusunda konfransda iştirak ediblər

Azərbaycan mütəxəssisləri ABŞ-da «Əmlak fırıldaqçılığının qarşısının alınması tədbirləri» mövzusunda konfransda iştirak ediblər
# 11 mart 2009 11:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerikanın Əmlakın Qeydiyyatı Sənayesi Assosiasiyasının (Property Records İndustry Association) «Əmlak fırıldaqçılığının qarşısının alınması tədbirləri» mövzusunda təşkil etdiyi konfransda iştirak edib. Bu barədə «APA-Economics»ə DƏDRX-in mətbuat xidmətindən məlumat verilib.
Konfransda əmlak fırıldaqçılığı ilə mübarizə çərçivəsində beynəlxalq təcrübə müzakirə olunub.
Dünya Bankının dəvəti və Beynəlxalq Torpaq Sistemləri (İLS) təşkilatının xətti ilə DƏDRX nümayəndə heyəti ötən həftə ABŞ-a səfəri çərçivəsində Farifax qraflıq dairə məhkəməsinə, ESRİ Beynəlxalq İnformasiya Kommunikasiya Cəmiyyətinə, Nyu-York Maliyyə Departamentinə də baş çəkərək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın kadastrı, əmlakın qiymətləndirilməsi sahəsində ABŞ-dakı mövcud təcrübə və formalaşmış müvafiq sistemlərlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR