Bank Of Baku

Çin avtomobillərin satış həcminə görə dünya lideri olub

Çin avtomobillərin satış həcminə görə dünya lideri olub
# 11 mart 2009 12:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayı ərzində avtomobillərin satış həcminə görə Çin dünya liderinə çevrilib.
«APA-Economics»in məlumatına görə, fevral ayında avtomobillərin satışında bu ölkədə son dörd ay ərzində müsbət dinamika müşahidə olunub. Ekspertlərin fikrincə, müsbət dinamika Çin hökumətinin kiçik avtomobil modellərinin istehsalına vergilərin azaldılmasından sonra baş verib. Bunun nəticəsi olaraq, cari ilin yanvar-fevral aylarında Çində avtomobillərin satış həcmi 2,7% artaraq 1,56 mln. ədəd təşkil edib.
ABŞ-da isə əksinə, avtomobillərin satışı 39% azalaraq 1,35 mln-a enib. Məhz bu səbəbdən hazırda Çin avtomobillərin satışına görə dünyada lider mövqeyindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR