Bank Of Baku

«AvirTel» şirkəti Azərbaycanda elektrik xətti üzərində İnternet şəbəkəsinin qurulması xidmətlərinə başlayıb

«AvirTel» şirkəti Azərbaycanda elektrik xətti üzərində İnternet şəbəkəsinin qurulması xidmətlərinə başlayıb
# 11 mart 2009 13:03 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «AvirTel» şirkəti Azərbaycanda elektrik xətti üzərində İternet şəbəkəsinin qurulması üzrə avadanlıqların satışına başlayıb. Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, şəbəkə iki PowerLine adapter komplekti və simsiz WiFi texnologiyası vasitəsi ilə İnternet mərkəzi yaratmaqla qurulur.
Ümumilikdə, elektrik xətti üzərindən İnternetə qoşulma xidmətinin qiyməti 300-700 manat təşkil edir. İnternetə birbaşa elektrik xəttindən qoşulduqda iki adapterdən ibarət komplekt (300 manata yaxın) və əlavə hər bir kompüter üçün bir adapter tələb olunur. Noutbuk istifadəçiləri elektrik şəbəkəsi ilə yanaşı WiFi texnologiyası vasitəsi ilə İnternetə qoşulmaq üçün əlavə simsiz İnternet mərkəzi avadanlığından ibarət dəsti almalıdır. Bu dəstə simsiz ev İnternet mərkəzi və bir adapter daxildir, dəstin qiyməti 700 manatadək təşkil edir.
Xidmət çərçivəsində ADSL kabelinin adapterə qoşaraq elektrik şəbəkəsinə daxil olmağa və elektrik şəbəkəsindən digər adapter vasitəsi ilə kompüterə qoşulmağa imkan verilir. Sistem P660HWP adapterləri və ZyXEL NetFriend utilitləri vasitəsi ilə qurulur.
Qeyd edək ki, Amerika Telekommunikasiya Şirkətinin Azərbaycandakı filialı olan «AvirTel» 2000-ci ildə «Cybernet Communications» tərəfindən yaradılıb. Şirkət «AvirTel İnc.»in regional ofisidir və əsas məqsədi regionda yüksək professionallıq və səmərəliliklə telekommunikasiya xidmətlərini təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR