Bank Of Baku

«Azercell» daha iki beynəlxalq MMS rouminq sazişi bağlayıb

«Azercell» daha iki beynəlxalq MMS rouminq sazişi bağlayıb
# 11 mart 2009 14:14 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti beynəlxalq MMS rouminq tərəfdaşlarının sayını artırıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, operator Makaunun «CTM» və Ukraynanın «UMC» mobil rabitə şirkətləri ilə beynəlxalq MMS xidmətini istifadəyə verib.
Qeyd edək ki, «Azercell» şirkəti 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. İndiyədək «Azercell» 45 mobil şəbəkə operatoru ilə 36 ölkədə MMS xidmətinə qoşulub.
Xatırladaq ki, ölkənin aparıcı mobil operatoru bu günədək ümumilikdə 68 ölkənin 164 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb.
«Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,5 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR