Bank Of Baku

«Böyük Bakının Regional İnkişaf Planı»nın hazırlanması üçün məsləhətçinin seçilməsinə dair müsabiqə keçirilir

«Böyük Bakının Regional İnkişaf Planı»nın hazırlanması üçün məsləhətçinin seçilməsinə dair müsabiqə keçirilir
# 12 mart 2009 07:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) «Böyük Bakının Regional İnkişaf Planı»nın hazırlanması məqsədi ilə məsləhətçi xidmətlərin seçimini elan edib. Bu barədə «APA-Economics»ə DŞAK-dan məlumat verilib.
Məsləhətçi xidmətləri aşağıdakı komponentlərdən ibairətdir: birinci komponent Azərbaycan üçün Səmərəli Planlaşdırma Sisteminin (SPS) müəyyən edilməsi və müasir texnologiyalara əsaslanan səmərəli Planlaşdırma İnformasiya Sisteminin (PİS) tətbiqi üçün müasir xəritələrin və coğrafi informasiya sisteminin yaradılması, ikinci komponent strateji və ərazi planlarının hazırlanması (bura Abşeron yarımadasının Regional İnkişaf Çərçivəsi) və Böyük Bakının Regional İnkişaf Planı, həmçinin Bakı şəhərində Torpaqdan İstifadə/Rayonlaşdırma Planı üzrə «konseptual çərçivə»), üçüncü komponentə regional planların hazırlanması, icrası və məlumat mübadiləsinin aparılması üçün İnstitusional İnkişaf və İmkanların Yaradılması daxildir.
Layihənin planlaşdırılmış icra müddəti 24 aydır.
İddiaçılar sənədlərini aprelin 10-dək DŞAK-ın Bakı şəhəri, Füzuli küçəsi,65 ünvanında yerləşən mərkəzi aparatına təqdim edə bilərlər.
Əlaqə telefonu: (+994 12) 493 78 38.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR