Bank Of Baku

«Aztelekom» ilə «AzEuroTel» arasında məhkəmə prosesi ləngiyir

«Aztelekom» ilə «AzEuroTel» arasında məhkəmə prosesi ləngiyir
# 12 mart 2009 08:03 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Aztelekom» İstehsalat Birliyinin «AzEuroTel» Birgə Müəssisəsinə qarşı qaldırdığı məhkəmə iddiası üzrə araşdırmalar davam edir. Bu gönə kimi artıq iki məhkəmə iclasının keçirildiyinə baxmayaraq, işi aparan hakim Tahirə Ələsgərova hələ yekun qərar çıxara bilməyib.
Qeyri rəsmi mənbələrdən «APA-Economics»ə verilən məlumata əsasən, məhkəmənin prosesinin ləngiməsinin əsas səbəbi məhkəmə işçilərinin işin məzmunu, yəni müasir informasiya-kommunikasiya texnologiyalarının spesifik xüsusiyyətlərindən dərindən xəbərdar olmaması ilə bağlıdır.
Bununla bağlı, «AzEuroTel» nümayəndələri dünya miqyasında tanınmış «Ericsson», «Alkatel» və s. bu kimi aparıcı telekommunikasiya şirkətlərindən məsləhətçi qismində ekspertlərin cəlb edilməsini təklif ediblər. Lakin «Aztelekom» bu təkliflə razılaşmayıb.
Qeyd edək ki, «Aztelekom» İB «AzEuroTel»in bu quruma 2007-2009-cu illər üçün olan borcunun ödənilməsi iddiası ilə 1 saylı İqtisad Məhkəməsinə müraciət edib. Bunu əsas götürərək, fevralın 23-dən etibarən «Aztelekom» şirkətin idarəetməsində olan ATS 492/497/437 abunəçilərinə Azərbaycanın rayonlarına və mobil rabitə abunəçilərinə çıxış xidmətlərinin göstərilməsini təmin edən kanalları məhdudlaşdırıb.
Buna cavab olaraq, «AzEuroTel» də qarşılıqlı iddia ilə İqtisad Məhkəməsinə müraciət edib. İddiada «AzEuroTel» şirkəti «Aztelekom»un iki qurum arasında bağlanılmış arabağlantı müqaviləsinin şərtlərinin müntəzəm olaraq pozulduğu bildirilir. Bunun nəticəsində «AzEuroTel»ə maddi və texniki ziyan dəyib və İB-dən 4 mln. manat həcmində təzminatın ödənilməsi tələb olunur.
Qeyd edək ki, sonradan məhkəmə qərarı əsasında «AzEuroTel»in çıxış kanallarının işi bərpa olunsa da, şirkətin bank hesablarına qoyulan həbs qərarı borc ödənilənədək qüvvədə saxlanılıb.
Məlumat üçün bildirək ki, növbəti məhkəmə iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR