Bank Of Baku

HP şirkətinin MDB ölkələri üzrə baş direktoru Azərbaycana gəlib

HP şirkətinin MDB ölkələri üzrə baş direktoru Azərbaycana gəlib
# 12 mart 2009 11:55 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bakıda səfərdə olan ABŞ-ın «Hewlett Packard» şirkətinin MDB ölkələri üzrə baş direktoru Rudi Kozak bu gün şirkətin Azərbaycan nümayəndəliyində yerli KİV nümayəndələri ilə görüşüb. Görüşdə KİV təmsilçilərinə şirkətin son 3-4 ayda dünya miqyasında fəaliyyətinin nəticələri və inkişaf perspektivləri haqqında ətraflı məlumat verilib.
R.Kozakın «APA-Economics»ə verdiyi məlumata əsasən, HP şirkəti proqram təminatı, o cümlədən intellektual biznes və mobil həllərdən ibarət geniş portfelə malikdir və son vaxtlar bu məhsullara dünya miqyasında ciddi maraq göstərilir və böyük tələbat var. HP şirkəti hazırda dünyada aparat təminatları sistemlərinin idarəetməsi üçün proqram həlləri üzrə qabaqcıl mövqeyə malikdir.
Bununla yanaşı, HP-nin xidmət sahəsində fəaliyyəti üzrə də artım müşahidə olunur ki, bu da şirkət tərəfindən ötən il DHS şirkətinin alınması ilə bağlıdır. Gələcəkdə HP-nin MDB ölkələrində xidmət bazarının genişlənəcəyi gözlənilir.
Ekspertin rəyinə görə, bu ilin sonuna kimi bir sıra inkişaf etmiş ölkələrdə İT sahənin artımı ləngiyə bilər, lakin bu proseslərin Azərbaycana aid olmayacağı gözlənilir: «Çünki Azərbaycanda dövlət, bank və telekommunikasiya sektorlarında infrastruktura yatırılan investisiya qoyuluşları davam edir və böyük layihələr həyata keçirilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR